İnternet saytınızda “Corpowid – müyəssərlik həllini” istifadə etməniz üçün bir neçə səbəb

Məlumdur ki, hazırki rəqəmsal mühitdə, inklyuziv onlayn təcrübə yalnızca etik zərurət deyil; o həmçinin rəqəmsal fəaliyyətinizə müsbət təsir edəcək amildir. İnternet saytınızın təqdim etdiyi xidmət və məlumatlardan asılı olmayaraq, hər kəs üçün əlçatan resurs təqdim etmək vacibdir. Corpowid, saytınızı fiziki cəhətdən məhdud olan istifadəçilərin dostuna çevirə biləcək güclü alətdir. Gəlin “Corpowid – müyəssərlik həllini”nin təqdim etdiyi üstünlüklərin bəzilərinə birlikdə baxaq:

1. Bütün İstifadəçilərə xitab edərək saytınızın istifadəsinin yüksəlməsi

• Xüsusi Ehtiyaclar: Corpowid, istifadəçilərin təcrübələrini xüsusi ehtiyaclarına uyğunlaşdırmağa imkan verən bir sıra xüsusiyyətlər təklif edir. Bu, şrift ölçüsünü tənzimləmək, disleksiya dostu şriftləri aktivləşdirmək və rəng kontrastını artırmaq kimi funkiyaları özündə birləşdirir.

• Məhdudiyyətlərin Azaldılması: İnklyuziv xüsusiyyətləri tətbiq edərək, əlillər üçün maneələri aradan qaldırırsınız. Bu, yalnız onlara deyil, həmçinin bütün istifadəçilər üçün ümumi istifadəni artırır.

2. İnklyuzivlik və əlçatanlıq

• Xitab etdiyiniz kütləni artırın: İnklyuziv veb sayt daha geniş auditoriyaya xitab edir. Əlillər, yaşlılar və köməkçi (adaptive və asistiv) texnologiyalardan istifadə edənlər məzmununuzu asanlıqla qəbul edə bilirlər.

• Biznesə Pozitiv Təsir: İnklyuzivlik, böyüyən seqment və müştəri loyallığına çevrilir. İstifadəçilər, onlara dəyər verildiyində, sizinlə daha çox əlaqə qurur və sizi tövsiyə edirlər.

Corpowid korporativ şəkil

3. Qanuni Tələblərlə Uyğunluq

• Qanunlar qarşısında məsuliyət: Bir çox ölkə qanunverciliyi, internet resurslarının müyəssərliyini məcburi olaraq tələb edir. Corpowid`i quraşdıraraq, uyğunluğu təmin edib, hüquqi riskləri azalda bilərsiniz.

4. Pozitiv Marka

• Sosial Müvəfəqqiyyət: İnklyuzivlik qarşısında olan maneələri aradan qaldıraraq koporativ sosial məsuliyətdə iştirak etmiş sayılırsınız.

• Markanız bir addım öndə: Rəqabətli bazarda, inklyuziv internet resursuna sahib olmaq sizi rəqiblərinizdən fərqləndirir.

• Pozitiv olmağın üstünlüyü: İstifadəçilər daimi olaraq öz təcrübələrini paylaşırlar. İdarə etdiyiniz şirkət və ya təşkilat haqqında müsbət rəy formalaşmasına kömək edərək reputasiyanızın yüksəlməsinə kömək edir.

5. SEO Faydaları

• SEO Reytingləri: Əlçatan saytlar axtarış mühitində daha yaxşı performans göstərir. Google və digər axtarış motorları istifadəçi təcrübəsinə yüksək dəyər verir.

Nəticə olaraq, “Corpowid – müyəssərlik həlli” sadəcə rəqəmsal alət deyil; daha inklüziv və istifadəçi-dostu internet məkanına keçiddir. Onu quraşdıraraq, fiziki cəhətdən məhdudiyyətli insanlara rəqəmsal töhfə verirsiniz. Unutmayın, əlçatanlıq interaktiv xüsusiyyətlər deyil, standartlara uyğun olan internet aləmnin bir hissəsidir.

×